İqtisadiyyat

Avtomobil kreditləri ilə bağlı şərtlər dəyişdirilə bilər: Təkliflər hazırlanır

İlkin ödəniş faizi və kredit dərəcəsi aşağı salınacaq. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaq üçün yeni təkliflər hazırlanır.

AFN xəbər verir ki, təkliflərə əsasən artıq yeni elektrik mühərrikli və hibrid avtomobilləri kreditlə almaq üçün şərtlərin sadələşdirilməsi nəzərdə tutulur.

Mövcud qaydalara əsasən yeni avtomobil alan zaman mütləq ilkin ödəniş 40 faiz təşkil edir. Yeni təkliflərdə bu faizin aşağı salınması nəzərdə tutulur.

Kreditin illik faiz dərcəsinin isə 10%-ə endirilməsi gündəmdədir. Ekspert Eldəniz Cəfərov “Xəzər Xəbər”ə deyib ki, bu təkliflər qəbul edilərsə, belə avtomobilərə maraq artacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button