İqtisadiyyat

Azərbaycan neft hasilatını hər il 40 milyon ton artıracaq

Azərbaycan hər il neft hasilatını 40 milyon ton artıracaq. JAMAZ.İNFO xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
“Azərbaycan 1997-ci ildən Aİ bazarlarına neft və qaz tədarük edir. Aİ-yə neftin ixrac olunduğu əsas xətt Bakı-Tbilisi-Ceyhan kəməridir. Bu il mayın 1-dək həmin marşrutla 458 milyon ton enerji ehtiyatı nəql edilib”, – deyə o bildirib.
X.Yusifzadə qeyd edib ki, Xəzər enerji forumunun və sərgisinin keçirilməsi neft-qaz sahəsində iştirakçılar arasında əlaqələrin genişlənməsinə xidmət edir.
“Ötən 29 il ərzində enerji forumları və sərgilər ölkəyə yeni texnologiyaların və innovasiyaların cəlb olunmasına kömək edib. Bundan başqa, bir sıra xarici şirkətlər Azərbaycanın neft və qaz hasilatında təcrübəsi ilə tanış ola biliblər”, – X.Yusifzadə deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button