İqtisadiyyat

Azərbaycanlı deputatın Ukraynada un fabriki olub?

Milli Məclisin deputatı Anar Məmmədova məxsus un fabrikinin Ukraynada fəaliyyətini dayandırdığı bildirilir. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
“Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Milli Məclisin deputatı Anar Məmmədovun Zaporojye vilayətinin Volnyansk qəsəbəsindəki un fabriki fəaliyyətini dayandırıb”, – deyə jurnalist qeyd edib.
Arqument.az deputatı Anar Məmmədovdan bu xəbərə münasibət öyrənə bilməyib.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button