İqtisadiyyat

Nazirdən etiraf: “İnfliyasiya yüksək olub”

“Ümumdaxili məhsulun real artım səviyyəsi 2021-ci ildə nəzərdə tutulduğundan xeyli çox olub”. Xəbəri APA yayıb.
Bildirilir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün, mayın 25-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulanla müqayisədə 70 faizdən artıq yüksək olub.
“Bu da icmal büdcənin kəsrsiz icra olunmasına münbit şərait yaradıb. Ötən il sabit milli valyutanın məzənnəsi şəraitində ölkəmizin iqtisadi inkişafına mənfi təsirlər də var idi. Bu təsirlər əsasən xarici faktorlarla bağlı idi. Söhbət inflyasiyanın artmasından gedir. Bizim ölkəmizdə də nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi oldu”, – deyə Samir Şərifov bildirib.
Nazir vurğulayıb ki, inflyasiyanın artmasının əsas səbəblərindən biri də ərzaq məhsullarının qiymətinin dünya səviyyəsində artmasıdır: “Cari ildə də proses təəssüf ki, davam edir və hətta daha da kəskinləşib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button