İqtisadiyyat

Qlobal maliyyə sistemindən təcrid Rusiyanı məhv edə bilərmi? – ŞƏRH

“Qlobal maliyyə sistemindən təcrid Rusiyaya iqtisadi baxımdan böyük zərbə vuracaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Qərbin sanksiyalar fonunda Moskvanı qlobal maliyyə sistemindən tam təcrid edəcəyi halda Rusiyanı gözləyəcək çətinliklərdən danışarkən deyib. Ekspertin fikrincə, bu istiqamətdə prosesin necə cərəyan edəcəyi Putinin Baydenlə olan son danışığının nəticələrindən asılıdır:
“Baydenlə Putinin 2 saatdan çox videokonfrans şəklində baş tutan danışığı nəticəsində Rusiyaya qarşı Qərbin tətbiq edəcəyi gözlənilən böyük sanksiyaları hələlik gündəmdən düşdü. Maliyyə sanksiyaları, Rusiyanın dövlət borcuna qoyulacaq və Putinin yaxın ətrafına olacaq sanksiyalar, şimal ölkəsinin SWFT sistemindən ayrılması məsələləri hələlik Ağ Ev tərəfindən gündəlikdən çıxarılıb. Bu onu deməyə əsas verir ki, Vaşinqtonla Moskva arasında hansısa uzlaşma və ortaq nöqtələr tapılıb.
Gedişat göstərir ki, sözügedən sanksiyaların həyata keçirilməsi dayandırılıb. Amma bu o demək deyil ki, sanksiyalar yenidən gündəmə gələ bilməz. Hər şey Rusiyanın Ukrayna, Şərqi Avropa və ümumiyyətlə, dünyadakı davranışlarından asılıdır. Sanksiyalar gündəmə gələrsə, bu, əlbəttə ki, Rusiya üçün iqtisadi baxımdan böyük zərbə olacaq. Rusiyanın iqtisadi təcridi kifayət qədər böyük dalğalanmalara, rublun daha da dəyərdən düşməsinə, bu ölkə bazarlarında qıtlığa, xarici sərmayədarların ölkəni tərk etməsinə gətirib çıxara bilər. Bir sözlə, Rusiyanın qlobal maliyyə sistemindən tam təcrid olunması bu ölkə üçün əvvəlkilərlə müqayisədə birmənalı olaraq, daha acınacaqlı vəziyyət yaradacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button