ManşetSosial

Əfv Komissiyası bu gün növbəti iclasını keçirəcək

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
Bundan öncə Əfv Məsələləri Komissiyasının iki iclası baş tutub, ümumilikdə 200-dən çox müraciətə baxılıb.
Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Bu dəfə 28 May Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamının verilməsi gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button