ManşetSiyasət

Əhməd Əliriza Beygi: “Əgər Ankara və Bakı dayanmasa, Qarabağı və Naxçıvanı İrana birləşdirəcəyik””

İranla Azərbaycan arasında bir müddət əvvəl başlayan gərginlik daha sərt şəkil almağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Xankəndinə qanunsuz yükün göndərilməsi ilə bağlayan qalmaqal, sonradan Tehranıln təhdid dili ilə danışmasına qədər gətirib çıxarıb.

Hazırda durum belədir ki, İran davamlı olaraq Azərbaycanı təhdid edir, bölgədə geosiyasi dəyişikliyin baş verməsinə imkan verməyəcəyini bəyan edir. Buna paralel olaraq, Azərbaycan sərhəddində davamlı olaraq təlimlər keçirməkdədir. Bu gün isə həmin təhdidlərdən daha biri İran parlamentində təmsil olunan Təbrizli deputat Əhməd Əlirza Beygidən gəlib.

JAMAZ.İNFO xəbər verir ki, Beygi özünün sosial şəbəkə hesabında yazıb ki, Azərbaycan və Türkiyə davranışlarını davam etdirərsə, Naxçıvan və Qarabağı İranın suverenliyi altına keçəcəklər. “Əgər Ankara və Bakı bu davranışı davam etdirsələr, Qarabağı və Naxçıvanı ata -baba yurdlarına – İrana birləşdirəcəyik”.

Qeyd edək ki, iranlı deputatın bu açıqlaması rəsmi olaraq Azərbaycanı işğal etmək çağırışıdır. Eyni zamanda, bu açıq təhdiddir. Tehranda oturanlar və onlara bağlı olan belə adamlar, əvvəla danışıqlarına diqqət etməlidirlər. Çünki onlar dövləti təmsil edirlər. İkincisi, Beygi və onun kimilər elə zənn edir ki, Bakı və Ankarada oturanlar əlsiz-ayaqsızdır və heç bir müqavimət göstərə bilməzlər. Əksinə, İran belə bir şeyə cəsarət edərsə, tarixinin ən fəalkətli, ən biabırçı hadisəsi ilə üzələşməli olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button