AraşdırmaManşet

Əhmədzadənin oğlu Çexiyada 3-cü şirkətini açdı –FOTOLAR

Su və Meliorasiya Təsərrüfatı ASC-nin keçmiş sərdi Əhməd Əhmədzadə işdən çıxarılsa da, onun mal və mülkünə toxunulmadı. Toxunulsaydı belə inanılmaz sayılmazdı. Çünki belə hallar olub və yəqin ki, olacaq.

Amma toxunmadılarsa, səbəbi vardı. Ona görə ki, arxasında qudası Elman Rüstəmov var idi. Ən azından. Başqa arxa duranların da olacağı istisna deyil.

JAMAZ.İNFO xəbvər verir ki, sözügedən dövlət qurumu uzun illər Əhmədzadənin nəzarətində olub. Üstəlik, bu qurum büdcədən ən çox pul ayrılan, lakin ən çox korrupsiyaya uğrayan qurumlıarın başında dayanırdı. Amma Lbuna görə nə hesab soran var idi, nə də silisə çəkən.

Bu illər ərazində Əhmədzadənin yığdığıl sərvətini harada saxladığı da gizli qalmışdı. Ancaq tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli onların bir qisminin yerini müəyyən edib. Belə ki, o müəyyən edib ki, Əhmədzadənin oğlu Cümə Əhmədzadə atasının, habelə qaynatası, Mərkəzi Bankın rəhbəri  Elman Rüstəmovun pullarının Avropaya daşımaqla məşğuldur.

JAMAZ.İNFO Həsənliyə istinadən xəbər verir ki, Cümə Əhmədzadənin Azərbaycanda, Türkiyədə, İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri mövcuddur. Çexiyada 3-cü şirkətini açıb. Araşdırmalara əsasən məlum olub ki, Əhmədzadənin oğlu bir neçə gün əvvəl, daha dəqiqi dekabrın 1-də Çexiyanın Budyonovsk Regional Məhkəməsində RESORT HURKA S.R.O şirkətini qeydiyyatdan keçirib. “Şirkətin sənədlərində qeyd olunur ki,  ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də Resort Hůrka s.r.o.-ya yönəldilir. Buraya Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxin ərazi də daxildir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button