ManşetSiyasət

Əliyev-Paşinyan görüşü noyabrın sonunda baş tuta bilər

Noyabrın sonuncu 10 günlüyündə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilə bilər. Bu barədə JAMAZ.İNFO-ya etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, görüşün keçirilməsi ilə bağlı tərəflər artasında ilkin razılaşma əldə olunsa da, onun harada keçirilməsi barədə yekun qərar yoxdur. Mənbə seçim olaraq görüş üçün üç şəhərin nəzərdə tutula biləcəyini deyib. Bildirib ki, onlardan biri Tbilisi, digəri Moskva, üçüncüsü isə Brüsseldir.

Məlumatda o da deyilir ki, ilk görüşdə hər hansı bir sənədin imzalanması nəzərdə tutulmayıb. Ortaq bəyanatın veriləcəyi gözlənilir ki, orada sərhədlərin delmitasiya və demarkasiyası, habelə sülh sazişinin hazırlanması məqsədi ilə birgə komissiyanın və ya işçi qrupunun yardılaması barədə razılığın qeyd olunacağı gözləniləndir.

Bu əsnada, Azərbaycan, Ermənistan və Rusiyanın təmsil olunduğu Üçtərəfli İşçi Qrupunun sabah Moskvada görüşü keçirləcək. Bundan başqa, Qarabağdakı rus sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov da İrəvan və Bakıya səfər edib. Onun gözlənilmədən iki ölkəyə səfər etməsi “əsir mübadiləsi” ilə bağlı ola biləcəyi ehtimal edilir. Lakin Ermənistan tərəfi bildirib ki, bu istiqamətdə Azərbaycanla heç bir razılaşma yoxdur və ona görə də, bu barədə danışmaq üçün hələ tezdir.

Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, o, Nikol Paşinyanla görüşməyə hazırdır. Eyni fikiri Nikol Paşinyan da vurğulayıb. Hətta bildirmişdi ki, “əsir”lərin müqabilində mina xəritələrini verməyə belə hazırdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button