AraşdırmaManşet

44 günlük müharibədə Azərbaycan və Ermənistan nə qədər tank itirib?  

Qarabağ müharibəsində mövcud itkilərin nə qədər olması barədə bu günə qədər dəqiq məlumat yoxdur. Yalnız canl qüvvə itkiləri barədə məlumatlar var ki, bu məsələdə yalnız Azərbaycan tərəfi doğru məlumat yayıb.Amma hərbi texnika baxımından itkilərə gəldikdə, Azərbaycan ümumiyyətlə, bu barədə hər hansı bir statistika açıqlamayıb. Ermənistan isə dolayı yolla bildirib ki, onun hərbio qüvvələrinin 80 faizə qədəri döyüşlərdə məhv edilib.

JAMAZ.İNFO xəbər verir ki, son rəsmi məlumata görə, Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində 2907 Şəhid verib. Ermənistan isə itkilərinin sayını 4000 nəfər göstərir. Bu rəqəmə Qarabağdakı separatçıların itkiləri daxil deyil. Eyni zamanda, ermənilərin canlı qüvvə itkisi ilə bağlı açıqladığı rəqəmin reallığı əks etdirmədiyi də təsdiqlənir.

Rusiyanın protanki.ru saytı isə Qarabağ savaşında hər iki tərəfin hərbi texnika baxımından itkilərinin təxmini statistikasını yayıb. Azərbaycanın tank qoşunlarının tabeçiliyində müharibəyə qədər 100 ədəd T90C, 244 ədəd isə A, AB və B modelli 244 T-72 tankın olduğunu qeyd edən sayt  itkiləri iki yerə bölüb. Belə ki, oktaybrın 22-nə qədər olan itkilərin sayı 23 ədəd göstərib. “Onlarda 2-si T-90C, 21-i T-72, 17-si BMP və 2-si zirehli avtomobil olub”.

İkinci mərhələ isə noyabrın 10-na kimi göstərilir. Və bildirilir ki, Azərbaycan Ordusu müharibənin son 18 günündə toplam 28 zirehli texnika itirib. “Onlardan 1-i  Т-72 “Ural”, 3-ü Т-72A, 7-si Т-72ABŞ 15-i Т-72 və 2-si Т-90C olub”.

Rus saytına istinad edərsək, belə anlaşıla bilər ki, Azərbaycan tərəfi müharibədə üst-üstə 51 hərbi texnika itirib.

Ermənistanın itkilərinə gəlincə, rus mediası qeyd edir ki, müharibəyə qədər bu ölkənin 442 tankı olub. Onlardan yalnız 1 ədədi T-90C-dir.  “Bu tankların 400-ə qədəri T-72 model olub ki, onlardan cəmi 30 ədədi B4 modifikasiyalıymış. Bundan başqa, 39 ədəd T-55, 3 ədəd isə T-54 tankları ixtiyarında olub”.

Sayt qeyd edib ki, Dağlıq Qarabağda saxlanılan və statistikadan gizlədilən hərbi texnikalar barədə dəqiq məlumatlar yoxdur. Təxmin edilən rəqəm ondan ibarətdir ki, Ermənistanın Qarabağda gizlətdiyi hərbi texnikanın sayı 200-dən az olmayıb.

Protanki.ru bildirir ki, rəsmi Bakının açıqlamasına görə, oktyabrın 22-nə kimi Ermənistan ordusunun 287 tankı məhv edilib. Bundan başqa, 79 tank qənimət olaraq götürülüb. “Ermənistan tərəfi itkiləri barədə məlumat verməkdən çəkinir. Amma oktyabrın 22-nə qədər olan məlumatlardan belə başa düşülür ki, Ermənistan ortdusu 138 T-72 tankəndan məhrum olub. Bundan əlavə, 44 tank Azərbaycan tərəfindən qənimət olaraq götürülüb. Oktaybrın 22-dən müharibə başa çatana qədər isə bu itkilərin sayı daha 185 ədəd dəyişib. Belə ki, son 18 gündə ermənilər 2 Т-72AK, 16 Т-72AB, 35 Т-72B, 52 Т-72A və 80 Т-72 tankları məhv edilib. Bu isə Ermənistanın hərbi texnikalarının ¾-nün və 323 tankını məhv edilıməsi deməkdir”.

Qeyd edək ki, bu rəsmi məlumat deyil. Hərbi saytlardan birinin özəl araşdırmasıdır. Ona görə də, real rəqəmlərlə burada göstərilənlər arasında fərq ola bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button