DünyaManşet

61 Türkiyə vətəndaşı İrəvanda 83 mənzil alıb: Türklər Zəngəzurda meyvə bağı salırlar  

Ermənistanda müharibədən sonra yaşanan xaos və isterikanın üzərinə daha bir əlavə olunub. JAMAZ.İNFO xəbər verir ki, son günlər Türkiyə vətəndaşları Ermənistan ərazisində görünüblər və onlar yerli məmurlarla birlikdə bir çox obyekt və ərazilərə baxış keçiriblər.

Erməni mediası yazır ki, son zamanlar türklərin İrəvan və onun ətrafına ayaq açması hakimiyyətin düşünülmüş planının tərkib hissəsidir. “Əvvəlcə, onları “yəhudi türk”lər kimi təqdim etdilər. Daha sonra isə “ərəblərdir” deyə, baş qatmağa çalışdılar. İndi isə üzə çıxıb ki, Ohanavan və Aparan kəndlərində torpaq sahələrini icarəyə götürmək istəyənlər Türkiyə vətəndaşlarıdır. Onlar artıq ev tikib, böyük bağlar salmağa başlayıblar”.

Bu əsnada, Ermənistan mediası iddia edib ki, indiyə qədər 61 Türkiyə vətəndaşı İrəvanda 83 daşınmaqz əmlak alıb. “Ermənistan hökuməti Türkiyə ilə münasibətləri ona görə, yaxşılaşdırmağa çalışır ki, gözləntiləri var. Bu gözləntilər isə milyonlarla dolla investisiyadan ibarətdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button