GündəmManşet

62 erməni diversantı XTQ-nin 8 hərbçisi əsir götürübmüş: İstintaq ifadələri  

Azərbaycan tərəfinin mina xərtələri müqabilində Ermənistana təhvil verdiyi 10 hərbçi dünən İrəvanda İstintaq Komissiyasına ifadə veriblər. JAMAZ.İNFO bildirir ki, müharibədən sonra Şirak rayonundan Qarabağa gələrək, Azərbaycan Ordusuna qarşı vurşmaq istəyən diversiya dəstəsinin üzvlərinin ifadələrində maraqlı məqamlar var.

Onlar bildiriblər ki, Şirak rayonundan çıxıb Qarabağa gəliblər. 62 nəfər heyətlə meşə ilə hərəkət edən zaman onları qarşısını 4 Azərbaycan hərbçisi kəsib. “Onlardan biri səlis rus dilində bildirdi ki, heç bir problem yoxdur. Silahlarımızı istədilər. Təhvil verdik. Sonra isə qollarımızı bağladılar və dedilər ki, hara desələr, ora da gedəcəyik”.

Digər ermənilər də bildiriblər ki, 62 nəfərlik dəstəni cəmi  7-8 nəfərlik qrupdan ibarət olan Azərbaycan əsgəri zərərsizləşdirib. “Onların “Yaşma”nın uşaqları olduqlarını tonqalın başında bildik. Bizimlə xoş davrandılar. Heç bir zorakılıq olmadı. Sayları 7-8 nəfərdən çox deyildi”.

Qeyd edək ki, ermənilər verdikləri ifadələrində Azərbaycan Xüsusi Təyinatlılarının adını xüsusi olaraq vurğulayırlar. “Biz 7-8 nəfərlik bir qrup tərksilah elədi. Əvvəlcə, müqavimət göstərmək istədik. Lakin onların “Yaşma”nın uşaqları olduğunu bildikdən sonra fikrimizdən vaz keçdik. Müqavimətimizin əhəmiyyətsiz olduğunu düşündük”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button