ManşetÖlkə içi

Abid Şərifovun nəvəsi Londonda daha bir şirkət açdı – FOTOLAR

Azərbaycan baş nazirinin sabiq birinci müavini Abid Şərifovun nəvəsi Londonda daha bir şirkət açıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, baş nazirin keçmiş müavininin Böyük Britaniyada yaşayan nəvəsi Nicat Mahmudov bu il fevralın 14-də Londonda ikinci şirkətini qeydiyyatdan keçirib. Onun sözlərinə görə, LONDONCAPSULE LIMITED İngiltərə paytaxtının Durweston Street 17 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkət Britaniya paytaxtında brend geyimlərin satışı ilə məşğul olacaq.

Cavanşir Həsənli qeyd edib ki, Nicat Mahmudov  6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Onun 5 il əvvəl təsis etdiyi ABEONA GLOBAL LIMITED isə restoran biznesi sahəsində fəaliyyət göstərir. “Londondakı Buta Lounge qəlyan barı Şərifovun nəvəsinə məxsusdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button