ManşetÖlkə içi

AFFA stadionda şəhid pankartınının açılmasına icazə verməyib?

Bu haqda “Kəpəz”in adını açıqlanmasını istəməyən azarkeşlərindən biri Qaynarinfo-ya məlumat verib. O, narazılığını belə ifadə edib:  “Oyun başlayanda pankart açmaq istədik. Ancaq polis əməkdaşları narazılıqlarını bildirdi. Onlara vurğuladıq ki, dünyanın hər yerində, Azərbaycanda bütün stadionlarda pankart açılıb. Lakin tapşırıq aldıqlarını bildirdilər. Belədə 44 günlük Vətən müharibəsində döyüşmüş iki şəhidimizin – Anar Məmmədov və Əmrah Rəcəbovun pankartlarını açmaq istədik. Orada ümumilikdə 4 zabit vardı. Leytenantlardan şəhid pankartına icazə verilməməsinin səbəbini soruşduq.  Dedilər, AFFA bizə belə tapşırıq verib ki, pankart açılmasın. Halbuki stadiondakı tribunaların məhəccərlərində Futbolun İnkişaf Fondunun pankartı var idi. Ona görə də bunu şəhidlərimizə qarşı hörmətsizlik kimi qəbul edirik”.
Azarkeşlərin narazılığı ilə bağlı matçın AFFA nümayəndəsi Bəhram Qurbanovla da danışdıq. Qurbanov azarkeşlərə heç bir maneçilik törətmədiyini söylədi: “Yalan danışırlar. Onlara heç kim müdaxilə etmədi. Oyunda cəmi bir dənə – Yaşar (“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə – red.) haqqında pankart açmışdılar. Polislərə şəxsən özüm tapşırmışdım ki, pankart açmağa mane olmasınlar. Oyun boyu “istefa, istefa” qışqırırdılar. Elə şey ola bilər ki, pankart açmaq istəsinlər, amma onlara icazə verməyək? Yalandı, şəhidlər haqqında pankartın açılmasına icazə verməməyimiz mümkün deyil. Şəhidlərə başımız qurbandır. Onlar heç pankart açmaqla bağlı bizə müraciət də etməmişdilər. Yaşarla bağlı panktart açmışdılar, başqa heç nə yox idi. Varsa, bundan xəbərim olardı. Polislər də onlara müdaxilə etmədilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button