ManşetÖlkə içi

“Agdərədə olan separatçılar blokadaya salınıb”

Son günlər Qarabağda bəzi hadisələrin baş verdiyi sirr deyil. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı geniş məlumatlar yaymasa da, zəruri olduqda Ordumuzun atdığı addımlara bağlı geniş bilgi verir. JAMAZ.İNFO xəbər verir ki, 44 günlük müharibədən qalan bu ənənənin informasiya təhlükəsizliyi ilə əlaqələndirirlər.

Lakin buna baxmayaraq, Ordudakı mənbələr ara-sıra Qarabağda başverənlərlə bağlı bəzi bilgilərin mediaya sızmasına yardımçı olurlar. Bu gün isə Ordu.az saytının rəsmi səhifəsi olan “Azərbaycan Ordusu/Ordu.az” Qarabağda baş verən maraqlı bir hadisə ilə bağlı məlumat yayıb. Həmin məlumatda deyilir ki, Azərbaycan Ordusu Ağdərə istiqamətində bəzi mövqelərə sahiblənib. “Tarix təkrarlanır.Anı yetişincə Agdərə azad olunacaq. Artıq Agdərədə olan separatçılar blokadadı”.

Qeyd edək ki, Ordu.az saytı hərbi sahədə peşəkar medialardan biri hesab olunur. Görünür, bu sayt əldə etdiyi məlumata əsaslanaraq belə bir açıqlama ilə çıxış edib. Lakin buna baxmayaraq, Azərbaycan Müdafiə Nazirliyi Ağdərə ətrafında baş verən proseslərlə bağlı heç bir açıqlama yaymayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button