ManşetSiyasət

Aleksandr Duqin: “Qarabağla bağlı məsələləri Türkiyə və Rusiya birgə planlaşdırır”

Müasir Avrasiyaçılığın “xaç atası” hesab olunan Aleksandr Duqin daha bir maraqlı açıqlama ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, o, Ərdoğanın həddindən artıq ambisiyalı olduğunu və bunun Rusiya-Türkiyə qardaşlığının başqa bir mərhələyə keçdiyini vurğulayıb.

Dugin hesab edir ki, əgər istəsə Vladimir Putin Qarabağ məsələsini başqa şəkildə həll edə bilər. “Həm Türkiyədə, həm də Azərbaycan qələbəni tamamilə Bakı-Ankara ittifaqına şamil olduğunu təmin etdilər. Əslində, həlledici amil Əliyevin müharibəyə yaxşı hazırlıq ilə yanaşı, Putinin Azərbaycanın ərazi bütövlüyünün hərbi yolla bərpasına razılığı idi. Əsas qərarlar Moskvada verildi. Və Qarabağın kimin olması məsələsi Putindən asılıdı”.

Duqin həmçiniun qeyd edib ki, Qarabağla bağlı qərar “tamamilə fərqli də ola bilərdi”. Onun sözlərinə görə, Rusiya məsələyə razılıq verməsəydi, Türkiyə-Azərbaycan ittifaqı heç nə edə bilməzdi. “Rusiya xeyli müddətdir gizlətmir ki, Qarabağda baş verənlər, atılan addımlar Türkiyə ilə birlikdə Rusiya tərəfindən planlaşdırılır. İndi Rusiya Ermənistanı əksinə inandırmaq və köhnə PR “qurtuluşa” qayıtarmaqdan belə çəkinmir. Yəni, hər şey çox aydındır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button