ManşetSiyasət

Alen Candoyan: “Biz Qarabağdan qurtulmalıyıq”

Ermənistan siyasi dairələrində Azərbaycanın atdığı addımlar, İrəvan hökumətinin Qarabağla bağlı yürütdüyü siyasətlə bağlı mütəmadi müzakirələr gedir. Aydın məsələdir ki, siyasi çevrənin böyük əksəriyyəti “erməni xəstəliyi”ndən əziyyət çəkir və heç bir vəchlə mövcud durumlarını qiymətləndirmək istəmirlər.

JAMAZ.İNFO xəbər verir ki, erməni siyasi cameəsi mahiyyət etibarı ilə məğlub olduqlarının fərqindədirlər. Lakin bu məğlubiyyəti həzm edə bilmirlər. Elə ona görə də, vaxtaşırı günahkar axtarırlar. Onlardan biri də Ermənistanda tanınmış pıolitoloqlardan hesab olunan Alen Candoyandır.

Ermənistanda nəşr olunan “Fakt” qəzetinə açıqlama verən Candoyan deyir ki, Azərbaycanın hal hazırda gördüyü işlər çox məntiqlidir. “Gördüklərimiz ən azı sürpriz olmadı. Onlar təbliğat, informasiya, sosial-psixoloji ekspansiya, həyat şəraitini çətinləşdirən yollarla erməniləri Qarabağdan çıxarmağa cəhd etmək niyyətində idilər. Bu, aydın məqsədlə edilir. Çünki bir neçə ildən sonra Rusiya sülhməramlı qüvvələrinin mandatı başa çatanda, vəziyyəti Moskvaya təqdim etməyə əsasları olacaq. Xüsusilə onu təqdim edəcəklər ki, Qarabağda artıq erməni yoxdur. Bu səbəbdən də ruslara bildirəcəklər ki, artıq onların orada heç bir missiyası və işləri yoxdur. Düşünürəm ki, nə Qərb ölkələri, nə də Türkiyə belə siyasətin əleyhinədir”.

O vurğulayıb ki, Nikol Paşinyan dəfələrlə Qarabağın təkcə ermənilərə məxsusu olmadığı barədə bəyanatlar verib. “Üstəlik, o, başqa tezislər də irəli sürərək, “təbii ki, Qarabağda azərilər yaşamalıdır” və ya “Qarabağın təkcə ermənilərə məxsus olması ədalətli deyil”. Bundan başqa, 3-cü və 4-cü eşelonun nümayəndələri vasitəsilə müxtəlif “Overton pəncərələri” açırdılar ki, bir gün Qarabağın təhvil verilməsi ictimai şüurda rəy yarada bilsinlər. Bu gün müəyyən proseslərin nəticəsi olaraq qeyd edə bilərik ki, indiki Ermənistan hökumətinin artıq Qarabağı rəsmən Azərbaycana təhvil vermək arzusu var. Konspirativ müharibə zamanı Qarabağ rəhbərliyi heç bir səbəb olmadan Xankəndidən insanları təxliyə etməyə razı salmağa başladı. Sadalananların əsas məqsədinin bütün Qarabağı təhvil vermək olduğuna dair əsaslı fikirlər var. Rusiyanın siyasi rəhbərliyi bu layihəni sonralar başa düşdü. Məncə, bu addımlar Ermənistan və Azərbaycanın indiki hakimiyyət orqanlarının birbaşa iştirakı ilə hazırlanıb. Bundan sonra isə tərəflər çox sürətlə atəşkəsə getməyə məcbur olublar. Nəticədə, sülhməramlıların bir komponenti Qarabağın tamamilə itirilməsinə səbəb olacaq addımları cilovlamaq üçün ortaya çıxdı. Deməli, Ermənistanın dövlət siyasi elitasının, xüsusən də baş nazirin həyata keçirdiyi bütün bu proses onların anti-Qarabağ, anti-erməni dəyərlərinə uyğundur. Yeri gəlmişkən, bu, həm də onların siyasi atalarının qiymətləndirməsidir. Ona görə də Qarabağ bizim sülh şəraitində yaşamağımıza mane olur və biz Qarabağdan qurtulmalıyıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button