ManşetÖlkə içi

Alen Simonyan: “Hal hazırda “dağlıq qarabağ respublikası” ifadəsinin işlədilməsi məqsədəuyğun deyil”

Ermənistan parlamentinin spikeri Alen Simonayn bu gün mediaya verdiyi açıqlamasında maraqlı fikirlər səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, “Azatutyun TV”-yə danışan erməni spiker Qarabağ danışıqları, erməni rəsmilərinin Xankəndiyə niyə səfər etməməsi barədə qyedlər edib.

O bildirib ki, indiki mərhələdə danışıqlar gedir və bir qədər səbirli olmaq lazımdır. “Danışıqların indiki mərhələsində mən “dağlıq qarabağ respublikası” ifadəsini məqsədəuyğun hesab etmirəm”.

Onun sözlərinə görə, Ermənistan rəsmilərinin müharibədən sonra Xankəndinə getməmələrinə səbəb Azərbaycan tərəfinin sərt reaksiyasıdır. “Biz maksimum dərəcədə Azərbaycan tərəfinin, xüsusən Azərbaycan Prezidentinin sərt cavabından yayınmağa çalışırıq. Məsələn, Əliyev mənim Xankəndinə getməyimlə nə işi var? Sizcə, heç nə edə bilməz? Mən Azərbaycan tərəfinin sərt davranacağından da çəkinmirəm. Lakin bəzən elə suallar verirlər ki, sanki başa düşmürlər. Vəziyyət gərgindir. Əgər mən Xxankəndinə getsəm, Azərbaycan tərəfi bundan istifadə edəcək və müəyyən addımlar atacaq. Bu nəyə lazımdır, axı? Bu zəif dövrümüzdə onları nəyəsə təhrik etmək, belə bir imkandan istifadə etmək heç bir xeyir vermir. Hesab edirəm ki, erməni məmurlar niyə Xankəndinə getmir tələbi yanlışdır. Hazırda danışıqlar gedir. Biz bir daha silahların danışmasına, güllələrin atılmasına imkan verməməliyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button