GündəmManşet

Alternativ Laçın dəhlizinin ilkin çəkiliş prosesi başa çatıb: Tikinti xərcini Rusiya çəkir?

Hələ bir müddət əvvəl xəbər yayılmışdı ki, 10 noyabr razılaşmasına əsasən yeni Laçın dəhlizinin çəkilməsi istiqamətində hazırlıqlara başlanılıb. Hətta bununla bağlı fotolar da yayılmışdı.

JAMAZ.İNFO xəbər verir ki, həmin razılaşmaya əsasən 3 il ərazində eni 5 km olan Laçın dəhlizi çəkiəcək və o, Laçın şəhərindən yan keçəcək. Erməni tərəfi dünəndən xəbər yayıb ki, yeni Laçın dəhlizinin çəkilişi prosesində ciddi irəliləyiş var. Belə ki, Sünik vllayətinin Xndzoresk şəhərinin Teq icmasından keçəcək alternativ yol demək olar ki, başa çatıb. “Hraparak” nəşrinin yaydığı məlumata görə, hazırkı yola alternativ Sünik rayonunun Kornidzor kəndindən başlayacaq, Ağvan yaxınlığından keçərək Laçın rayonunun Qayğı qəsəbəsindən, Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsindən keçərək dağlarla Xankəndinə çatacaq.

İndi erməniləri qorxuya salan bir neçə məsələ var. Onlarda biri Ermənistandan çəkiləcək yolun Azərbaycan sərhəddinə birləşən hissəsində Azərbaycan Ordusunun yeni hərbi hissə inşa etməsidir. Ermənilər hesab edirlər ki, belə bir hərbi hissənin inşa edilməsi dəhlizin başlanğıc nöqtəsində gömrük məntəqəsinin fəaliyyət göstərməsi ilə bağlı ola bilər.  İkincisi isə yeni yol hazır olduqdan sonra Laçın şəhərinin də ermənilərin əlindən çıxması və cəmi 5 km-lik bir dəhlizə möhtac qalmalarıdır. Bir başqa məsələ isə ondan ibarətdir ki, hazırda rus sülhməramlıları Laçın şəhərində mənzilləniblər. Yeni yolun çəkilməsindən sonra onlar da oradan çıxmalı və yeni yolun üzərində məskunlaşmalıdırlar.

Erməni nəşri yazır ki, yolun əsas tikintisini Azərbaycan tərəfi həyata keçirir. Hazırda Kiçik və Böyük Qaladərəsi kəndləri yaxınlığında tikinti işlərinin aparıldığı, böyük hissəsinin isə başa çatdığı bildirilir. Həmin kəndlərin içindən yolun çəkilməsini isə erməni və rus şirkətlərinin həyata keçiriləcəyi iddia olunur. Bunun təhlüksəsizlik məqsədi ilə edildiyi vurğulanır.

Hazırda müzakir olunan məsələlərdən biri odur ki, alternativ yolun xərcini hansı tərəf çəkir. “Hraparak” nəşri yazır ki, yolun Ermənistana aid hissəsinin inşasını İrəvan şirkətləri reallaşdırır. Azərbaycan da öz ərazisindən keçən hissənin çəkiliini yerli şirkətləri vasitəsi ilə həyata keçirir. Əslində, rəsmi Bakı bunu heç vaxt gizlətməyib. Hələ müharibədən sonra rəsmi olaraq bildirilmişdi ki, hökumət razılaşmada nəzərdə tutulmuş 3 il müddətində gözləmək fikrində deyil və alternativ yolu daha tez çəkməyə hazırlaşır. Erməni mediası isə yazır ki, alternativ yolun xərcini nə Azərbaycan, nə də Ermənistan çəkir. Onların iddiasına görə, yolun çəkilmə xərclərini Rusiya əvvəldən üzərinə götürüb. “Rusiya tərəfi bu məsələ ilə bağlı bütün məsuliyyəti və xərcləri üzərinə götürüb. Əldə etdiyimiz məlumata görə, alternativ yolun çəkilməsi ilə bağlı Xankəndidəki separatçılarla nə məsləhətləşən, nə də hər hansı bir müzakirə aparan olmayıb. Ümumiyyətlə, onları prosesə yaxın belə buraxmayıblar. Elə bu səbəbdəndir ki, Xankəndidəki rəsmilərlə danımaq istəsək də, onlar sullarımıza cavab verməkdən imtina ediblər. Rusiyanın bütün xərcləri üzərinə götürməsi isə Laçın dəhlizindəki mövcudluğunu saxlamaqdır. Moskva bunun üçün hər şeyi edəcək. Əks təqdirdə, Qarabağı tamamilə əldən vermiş olacaq”.

Ermənistanın Teq icmasının nümayəndəsi Masis Zeynalyan yerli mediaya açıqlamasında deyib ki, Azərbaycan Ordusu sərhəddə, Laçın dəhlizinin başlanğıc nöqtəsinin yaxınlığında hərbi hissə inşa edib. “İrəvanda deyirlər ki, biz sülh erasına başlayırıq. Əgər sülh erasına başlayırsansa, düz burnumuzun dibində hərbi hissə niyə tikiblər?”

Zeynalyan bildirib ki, Xndzoreskdən dəhlizin başına qədər yol tamamilə hazırdır. “Çox fəal işləyirlər. Yol demək olar ki, hazırdır. O yollardan biri Ağvana gəlir.  Yəqin ki, biri Kornidzorun altından keçməklə Qafan və Xndzoreskə gedəcək. Dəqiq nəsə deyə bilmərəm. Amma buradan tikintini görmək olar. Deyilənə görə, Xankəndinə gedən yol çəkiləndən sonra Laçın şəhərini Azərbaycana qaytaracaqlar. Onu da deyim ki, yeni çəkilən yol çox böyükdür və avtomagisraldır. Düzdür, asfalt hələ çəkilməyib. Lakin tamamlama işləri başa çatıb”.

Xatırladaq ki, Azərbaycan tərəfi alternativ Laçın dəhlizinin çəkilməsi və orada gedən işlərlə bağlı hələlik heç bir açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button