DünyaManşet

Anuş Sedrakyan: “Katalikos Moskvaya Ermənistanın cənazəsində dua oxumağa gedib”

Oktyabrın 12-də Moskvada görüşən Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin görüşü ilə bağlı İrəvanda ciddi narahatlıqlar var. JAMAZ.İNFO xəbər verir ki, yerli siyasətçilər bu görüşün xeyirli nəticələrə vəsilə olmadığını düşünürlər.

Qeyd edək ki, Ermənistanda Paşinyan-Putin görüşünə ən maraqlı münasibəti politoloq Anuş Sedrakyan bildirib. O deyib ki, Moskva görüşü heç də yaxşı nəticələrlə yadda qalmayacaq.

Onun sözlərinə görə, ötən həftə Qarabağda bir mülki şəxsin öldürülməsinin ardından bölgədə təhlükəsizliyə zəmanət vermiş Rusiya özünü qəribə aparır: “Qarabağda bir mülki şəxs öldürülür. Bölgədə sülhə zəmanət verən ruslar özlərini elə aparırlar ki, guya, atəş açanı saxlayıblar. Qərb kəşfiyyatı təhlükəsizliyimizi təmin etməməkdə bizi günahlandırır. Türkiyə ilə min bir məhəbbətlə danışanlar, nəzarətlərində olan mediada Rusiyaya tərif yağdırırlar. Mis-molibden mədənləri ruslara verilir. Sərhəd ruslara tapşırılır”.

Sedrakyan sonda fikrini maraqlı notlarla bitirib: “Və sonuncu mərhələ: Katolikos da Moskvaya gedir. Yəqin ki, Ermənistanın suverenliyinin cənazəsində dua edəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button