ManşetSiyasət

Aprelin sonu Moskvada Əliyev-Paşinyan görüşü keçirilə bilər

Xəbər verildiyi kimi, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Birliyi Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdə iki məsələ razılaşdırılıb.

Həmin razılaşmaya əsasən Azərbaycan və Ermənistan aprelin sonuna kimi sərhədlərin delmitasiya və demarkasiya prosesinə başlaması üçün komissiyalar yaratmalı və hər iki ölkənin Xarici İşlər Nazirlikləri sülh sazişinin hazırlanması üçün prosesə start verməlidirlər.

Bu gün məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin sonlarında Moskvaya səfər edəcək. Həmin səfərin 10 aprelə təyin edilməsi barədə öncədən xəbər olsa da, Brüssel görüşü səbəbindən proses ayın sonuna keçirilib.

JAMAZ.İNFO xəbər verir ki, erməni mediası Brüsseldə tərəflər arasında hər hansı sənədin imzalanmadığını yazıblar. Lakin onlar prosesin artıq Rusiyaya keçdiyini də qeyd ediblər. “Top artıq Rusiyadadır. Məlum olduğu kimi, aprelin sonunda Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedəcək və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə orada İlham Əliyevlə daha bir görüşün baş tutacağı istisna edilmir”.

“Hraparak” nəşri iddia edir ki, Rusiyada aprelin sonunda yeni sənədin imzalanması mümkündür. “Həmin sənəd Ermənistanın xeyrinə və ya ziyanına olacaq, bəlli deyil. Hər şey Rusiyanın Ukraynadakı vəziyyətindən asılı olacaq”.

Xatırladaq ki, Azərbaycan tərəfi belə bir görüşün olub olmadığı barədə hər hansı bir məlumat yaymayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button