ManşetSosial

“Aqrolizinq”in şöbə müdiri Qazi atasının kombaynını əlindən alıb – UCARDA

Ucar rayon, Yuxarı Şilyan kənd sakini Behbud Əhmədov “Aqrolizinq” ASC-nin lizinq şöbəsinin müdiri Aqşin Məmmədovdan şikayətçidir. JAMAZ.İNFO xəbər verir ki, şikayətçi Aqşin Məmmədovla bağlı Prezident İlham Əliyevə müraciət edib.

O, müraciətin bir surətini də redaksiyamıza yollayıb.

Behbud Əhmədov yazır ki, Aqşin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, onunla ədavət apardığı üçün istifadəsində olan “SAMPO” markalı kombaynı əlindən alıb. “Mən həmin kombaynı qanuni sənədlərlə lizinq yolu ilə götürüb, istifadə edib, ailəmi dolandırırdım. Xəstələndiyim üçün müalicə olunacağımı bildirib, həmin kombaynı ərizə yazdırıb məndən təhvil aldılar. Müalicə olunub, sağalıb işə qayıtmaq istəyəndə, məlum oldu ki, kombaynı qanunsuz olaraq başqa şəxsə veriblər. Mən həmin kombaynın təmirinə pul xərcləmişəm. Mənim kimi tərcübəli, qabaqcıl mexanizatorun işdən uzaqlaşdırlıması kənd təsərrüfatına ziyan vurulması deməkdir. Aqşin Məmmədov dövlət maraqlarını şəxsi mənafeyinə qurban verib kənd təsərrüfatına belə ziyan vurur”.

Behbud Əhmədovun sözlərinə görə, o 1984-cü ildən kombayn sürür. Sözügedən kombaynı isə 2014-cü ildə lizinq yolu ilə alıb. Vətəndaş bildirir ki, o, əvvəllər Aqşin Məmmədovun qanunsuz əməllərindən şikayətçi olduğuna görə şöbə müdirinin qəzəbinə gəlib.

“Hazırda taxıl biçini mövsümü başlayıb. Aqşin Məmmədov istifadəmdə olan kombaynı qanunsuz yolla başqasına verməklə ailəmi çərksiz qoyub” deyən Behbud Əhmədov daha sonra yazır:

“Abbas Əhmədov sovet dönəmində qabaqcıl mexanizator olub. Buna görə təltif edilib. Ona qırımızı diplom verilib. Sovet dönəmində mexanizatorların yarışmasının qalıbi olub. Biz alın təri ilə zəhmətlə işləyib, çörəyimizi qazanmışıq.

Yeganə oğlum Rafiq Əhmədov Vətən müharibəsində Tərtərin Suqovşan qəsəbəsi, Talışkənd kəndi və Ağdərənin azadlığı uğurunda gedən döyüşlərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində qəhrəmancasına vuruşub. Mən buna görə  fəxr edirəm. Biz vətəni, əməyi sevən zəhmətkeş insanlarıq.

Aqşin Məmmədov mənə ironiya ilə deyir ki, sən hara şikayət etsən, baxılması üçün bizə göndərəcəklər. Bunun heç bir mənası yoxdur.

Mətbat vasitəsi ilə Prezident İlham Əliyevdən və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovdan xahiş edirəm ki, şikayət ərizəmi mənim iştirakımla yerində obyektiv araşdırıb mənə qarşı qanunsuzluq etmiş Aqşin Məmmədov barəsində ciddi tədbirlər görəsiniz və əlimdən qanunsuz yolla alınmış kombaynımı özümə qaytarılmasını təmin edəsiniz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button