ManşetÖlkə içi

Arayik Göycə gölünün sahilində özünə villa tikdirir

Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan Göycə gölünün sahilində özünə dəbdəbəli villa tikdirir. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı Aravot.am saytı yayıb.

Sayt yazır ki, həmin villa “Kapavor” SP şirkətinin direktorlar şurasının sədri Arman Hakobcanyanın tikdirdiyi dəbdəbəli malikanənin yanında yerləşir. Həmin məlumata görə, Arman Akopcanyan Qarabağın keçmiş “şəhərsalma naziri”nin oğludur. “Araik Harutyunyanın tikilməkdə olan şəxsi evi ilə bağlı onun mətbuat katibi Lusine Avanesyandan şərh almağa çalışsaq da, nə zənglərə, nə də yazılı sorğulara cavab vermədi”.

“Aravot” yazır ki, Harutyunyanın villası Şorja icmasının Draxtik kənd inzibati ərazisində, “Sevan” milli parkına məxsus torpaq sahəsində tikilir.
Görünür, Arayik sonunun yaxınlaşdığının fərqinə varıb. Ona görə də, əlində olan-qalan pullarını Qarabağdan çıxararaq, bir hissəsinə də Ermənistanda villa tikdirir. Amma Arayik hər nədirsə, yenə də Azərbaycandan uzaqda yaşaya bilmir. Çünki tikdirdiyi villa da Kəlbəcərlə sərhəddə yaxın ərazidə yerləşir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button