ManşetÖlkə içi

Arayik Harutyunyan: “Azərbaycan Laçın Dəhlizinə buraxılış məntəqəsi qoya bilməz”

“Öz gələcəyimizi, övladlarımızın gələcəyini, öz qohumlarımızın gələcəyini Qarabağda görürəm. Biz heç yerə getmək fikrində deyilik. Və buna hazırlaşmırıq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Qarabağdakı erməni separatçıların rəhbəri Arayik Harutyunyan deyib.

O deyib ki, hazırda Qarabağ məsələsi ilə bağlı danışıqlar davam edir. “Biz Qarabağın ərazi bütövlüyü çərçivəsində danışıqlarımızı davam etdiririk və bunun üçün dinc mübarizə aparırıq. Biz müharibədən qaçmalıyıq. Təbii ki, şərəfli müharibədən deyil. Ona görə də, düynaın gündəmi şərəfli sülhdən ibarət olmalıdır”.

Harutyunyan bildirib ki, danışıqlar prosesində dəyişən heç nə yoxdur. “Gündəlik dəyişməyib. Əsas baza prinsipi kimi xalqların öz müqəddəratını təyin etmə hüququ təşkil edir. Bizim mübarizəmiz də bu istiqamətdədir. Mən Qarabağın gələcəyini öz müqəddəratını təyin etmədə görürəm”.

Separatçıbaşı Laçın Dəhlizi məsələsinə də toxunub. O deyib ki, bu yola Azərbaycanın nəzarət etməsi mümkün deyil. “Azərbaycan tərəfinin bu yolun üzərində nəzarət-buraxılış məntəqəsi qoyması istisnadır. Ona görə ki, dəhliz formalaşdırılıb. Əgər buraxılıq məntəqəsi qoyulsa, bu dəhliz yox, nəzarət edilən yol olar. Belə bir şey mümkün deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button