GündəmManşet

Arayik Harutyunyan Moskvada Bakı ilə danışıqlar aparacaq? – Aram Qabrelyandan iddia

“Mənə Kremldəki mənbələrdən verilən məlumata görə, Arayik Harutyunyan Moskvaya gəlib və iyulun 1-də Laçın şəhərinin təhvil verilməsi və Azərbaycanın çəkdiyi alternativ yolun işə salınması ilə bağlı Bakı ilə gizli danışıqlar aparır”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Rusiyada yaşayan media meneceri Aram Qabrielyanov teleqram kanalında çıxış edib.

O deyib ki, Laçın dəhlizi Azərbaycanın nəzarətində olacaq. “Arayik Qarabağda milyonlar qazanmış məşhur yalançı və iş adamıdır. Qarabağlıların dediyi kimi, Arayık döyüş qəhrəmanı qardaşının xatirəsinə xəyanət edibsə, Vətəni də asanlıqla satar. O, Xankəndinə hansı üzlə qayıdacaq?”

Qeyd edək ki, Aaram Qabrelyan tanınmış media meneceri olmaqla yanaşı, həm də 44 günlük müharibədə ermənilərin xeyrinə yalan təbliğatı aparanlardan biri sayılır. Belə ki, Rusiyanın nüfuzlu “İzvestiya” nəşrinin rəhbəri, həm də müharibə boyu bir xəbəri belə doğru çıxmayan “Wargonzo” layihəsinin müəllifidir. Peqov kimi yaramazın imkanlarından istifadə edən, Qabrelyan indi də Arayikin Azərbaycanla danışıqlar aparmasını iddia edir.

Əvvəla, rəsmi Bakı Xankəndidəki separatçıları nə tərəf olaraq tanıyır, nə də onlarla danışıq aparmaq fikrindədir. Əgər belə bir istək olsaydı, indiyə qədər heç olmasa bircə dəfə separatçılarla bir masa arxasında əyləşərdi. İkincisi, Azərbaycan tərəfi əgər Arayiklə danışıqlar aparmaq istəsəydi, bunun üçün Moskvanın seçilməsinə gərək də yox idi. Elə bunu Xankəndidə də həyata keçirə bilərdi.

Aram Qabrelyanın belə bir açıqlama verməsi onun Harutyunyana olan nifrətinin təzahürü və erməni cəmiyyətini aldatmaq məqsədi güdür. Son zamanlar, ardıcıl olaraq aksiyalar keçirən erməni müxalifətinin uğur qazana bilməməsi, digərləri kimi Qabrelyanı da ciddi şəkildə narahat edir. Çünki revanşistlərin yaxın dostu olan Aram, onlar Ermənistanda hakimiyyətə gələrsə, yağlı tikələrdən pay alacağını yaxşı bilir. Ona görə də, erməni cəmiyyətini qızışdırmaq məqsədi ilə belə bir xəbəri dövriyyəyə buraxıb.

Digər tərəfdən, Qabrelyanın ən yaxşı yetişdirməsi Peqovdur. O Peqovdur ki, nəinki Qarabağda,hətta Ukraynada da  öz yalanları ilə məşhurdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button