ManşetÖlkə içi

Arayik Harutyunyan Moskvaya məktub yazdı: “Ara, biz Qarabağı itiririk”

Xəbər verdiyimiz kimi, dünən Xankəndidə bir qrup erməni şəhərin mərkəzi meydanında toplaşaraq, aksiya keçiriblər. JAMAZ.İNFO xəbər verir ki, onlar son günlər Qarabağda baş verənlərlə bağlı separatçıların başçısı Arayik Harutyunyandan izahat tələb ediblər.

Erməni mətbuatının yaydığı məlumata görə, əvvəlcə Harutyunyan aksiyaçıların “meydana en” tələbinə reaksiya verməyib. Əvəzində ən yaxın adamı Artak Beqlaryanı meydana yollayıb. Lakin Beqlaryan bir iş görə bilmədiyindən, geri dönməli olub.

Bu gün isə erməni tərəfi həmin aksiyadan video yayıb. Həmin videoda Arayik Hharutyunyanın aksiyaçıların arasına endiyini müşahidə edilir. Amma məsələnin maraqlı tərəfi Harutyunyanın aksiya iştirakçıları ilə söhbəti və ara-sıra əsəbiləşərək dediyi sözlərdir. Həmin görüntülərdə onun “Mən son mövqe uğurunda mübarizə aparacam” dediyi, daha sonra isə “Ara, biz Qarabağı itirirk” söylədiyi məlum olub.

Hazırda erməni mediası və sosial şəbəkələrində bu məsələ geniş müzakirəyə səbəb olub. Onlar Qarabağdakı erməni separatçılarının rəhbərinin bu sözləri niyə işlətdiyini müzakirə edirlər. Eyni zamanda, Qarabağda vəziyyətin ağır olduğunu, habelə bu ərazilərin yaxın günlərdə Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı çoxlu söhbətlər yayılıb.

JAMAZ.İNFO xəbər verir ki, Arayik Harutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq, ondan kömək istəyib. O yazıb ki, Qarabağda müharibədən sonra təhlükəsiz şərait lazımdır. “Lakin Azərbaycan tərəfi artıq bir aya yaxındır mütəmadi olaraq, bu şəraitin yaranmasını əngəlləməyə başlayıb. Ona görə də, əlavə tədbirlərin görülməsinə ehtiyac var”.

Qarabağdakı erməni separatçıların rəhbəri təklif edib ki, bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlılarının sayı artırılsın. “Rus sülhməramlılarının əsgər və texnika sayı Qarabağda missiyanın tam həyata keçirilməsi üçün kifayət deyil. Xahiş edirəm, Azərbaycanın hazırkı hərəkətinin dayandırılması ilə yanaşı, Rusiya sülhməramlılarının hazırkı sayına və xidməti maşınlarının sayına yenidən baxılsın, müvafiq olaraq həm hərbi, həm də hərbi texnikanın sayı artırılsın. Biz heyəti lazımi yaşayış şəraiti ilə təmin etməyə hazırıq. Bu məqsədlə aparılacaq tikinti işləri artıq həyata keçirilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button