ManşetSiyasət

Arayik və adamları ailələrini Qarabağdan qaçırdıblar

Qarabağda son günlər vəziyyətin gərginləşməsindən sonra oradakı erməni separatçıları təşvişə düşüblər. JAMAZ.İNFO xəbər verir ki, artıq bir qrup separatçı öz ailələrini Xankəndidən çıxararaq, İrəvana qaçırıblar.

Qarabağda özünü “deputat” kimi təqdim edən separatçılardan biri Metaxe Akopyan bildirib ki, hazırda Xankəndi və ətraf ərazilərdə vəziyyət fəlakət həddinə çatıb. Onun sözlərinə görə, havanın temperaturu 0 dərəcə təşkil edir və Qarabağda təbii qaz yoxdur. “Yeganə qaz kəməri sıradan çıxıb. Əhali evini qızdıra bilmir. İnsanlar nə edəcəklərini də bilmirlər. Hazırda Qarabağda işıq da yoxdur”.

Akopyan bildirib ki, Qarabağ separatçılarının başında duranlar isə kef çəkirlər. “Hakimiyyətdə olanlar isə ailələrini artıq Qarabağdan çıxarıblar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button