GündəmManşet

Arayikin həbs ediləcəyi xəbər Ermənistanı qarışdırdı: “Bu yeni müharibə deməkdir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Baş Prokurorluğu dünən açıqlama verərək, Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan haqqında cinayət işinin açıldığı, onun həbs edilərək, məhkəmə qarşısına çıxarılması üçün zəruri addımların atıldığını bəyan edib. Eyni zamanda, Harutyunyanın yaxın günlərdə həbs olunaraq, məhkəmə qarşısına çıxarılacağı bildirilir.

JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamadan sonra Ermənistanda məsələ geni müzakirəyə çıxarılıb. Belə ki, İrəvanda yerli Baş Prokurorluqdan təcili tədbir görmələri, habelə məsələnin araşdırlmasını tələb edirlər. Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan bildirib ki, indiyədək Azərbaycan tərəfi 300-ə yaxın Ermənistan vətəndaşını axtarışa verib. “Bəs, bunun qarşılığında Ermənistan Prokurorluğu nə edib? Əvvəla, o 300 nəfərin kim olduğunu bilmirik. Eyni zamanda, bizim Azərbaycanın hərbi-siyasi xadimlərini axtarmağa əsasımız yoxdur”.

Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan isə “Joqovurd” qəzetinə açıqlamasında deyib ki, müharibə ilə bağlı mümkün məlumatlar açıqlansa da, bu barədə çox şey deyə bilməzlər. “Azərbaycanın beynəlxaql axtarışa verdiyi erməni xadimlərlə bağlı da lazım olan tədbirlər görülür. Həmin şəxslərin saxlanılmaması üçün zəruri addım atırıq”.

JAMAZ.İNFO xəbər verir ki, erməni politoloq Hrant Melik-Şahnazaryan isə bildirib ki, Azərbaycan Baş Prokurorluğunun açıqlaması vacib bəyanatdır. Onun sözlərinə görə, Arayik Harutyunyanı həbs etmək üçün Azərbaycan əməliyyat keçirərsə, bu yeni müharibənin başlanması demək olacaq. “Bu, çox vacib bəyanatdır. Əgər Azərbaycan tərəfi həqiqətən də belə bir əməliyyat keçirməyə cəhd edərsə, bu, yeni müharibə demək olacaq. Yenə deyirəm, belə bir təcrübənin özü “Casus Belli”dir. Mən hətta prelüdiyanın uğurundan danışmıram”.

Erməni politoloq onu da deyib ki, bundan sonra hər kəsin öz işi olacaq. “Siyasi hakimiyyət, ordu, xüsusi xidmət orqanları və Rusiya sülhməramlılarının üzərinə böyük iş düşür. Belə bir əməliyyata imkan vermək olmaz”.

Qeyd edək ki, erməni tərəfinin narahatlığı və təlaşı başa düşüləndir. Çünki Arayik Harutyunyan kimi terrorçunun həbs edilməsi, xüsusən də bunun Azərbaycan tərəfindən həyata keçirilməsi Qarabağdakı qondarma rejimin məhvi deməkdir. Hətta separatçı və terrorçuların tör-töküntüləri qalsalar belə, onlar Qarabağda heç bir uğur qazana bilməyəcəklər. Ən azından ona görə ki, öz “lider”lərini qoruya bilmədiklərindən, erməni cəmiyyəti də onları qəbul etməyəcək.

Digər tərəfdən, Arayik Harutyunyanın həb edilməsi üçün əməliyyatın keçirilməsi elə də çətin məsələ hesab olunmamalıdır. Qarabağ faktiki olaraq, Azərbaycan ərazisidir, orada müvəqqəti olaraq rus sülhməramlıları yerləşdirilib. Azərbaycan ərazisində heç bir halda separatçılara yer vermək niyyətində də deyil. Bunun üçün DİN və MTN-in xüsusi təyinatlıları, MN-in xüsusi təyinatlılarının dəstəyi ilə kiçikçiqyaslı əməliyyat keçirib, nəinki Harutyunyanı, digər separatçıları da həbs edə bilərlər. Necə ki, 1991-ci ildə DİN və MTN Qarabağda “Üzük” əməliyyatı keçirərək, bu prosesi reallaşdırmışdı.

Qaldı, Melik-Şahnazaryanın dediyi “Arayikin həbsi müharibəyə gətirib, çıxaracaq” deyiminə, bu boş söhbətdən başqa bir şey deyil. Hal hazırda və yaxın gələcəkdə nə Ermənistan ordusu, nə də Qarabağdakı separatçıların Azərbaycan Ordusuna hücum etmək, müharibə aparmaq üçün nə gücü var, nə də resursu. Hətta buna cəhd belə edilərsə, qısa müddətdə böyük itkilər vermək məcburiyyətində qalacaqlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button