GündəmManşet

Armen Manvelyan: “Əgər Bakı əmin olmsaydı, Zəngəzur dəhlizi üçün bu qədər pul xərcləməzdi”

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, demarkasiya və sərhəd təhlükəsizliyi məsələləri komitəsinin iclası Azərbaycan tərəfinin təklifi ilə avqustun ikinci yarısına təyin edilib.

Amma o, əlavə edib ki, Ermənistan tərəfi iyun və iyul aylarında keçiriləcək ikinci görüşə hazırdır. “Biz dəfələrlə regional kommunikasiyaların açılmasına hazır olduğumuzu bildirmişik. 2021-ci ilin dekabrında diplomatik kanallar vasitəsilə göndərdiyimiz təkliflər paketi bu gün də qüvvədədir”.

Onun sözlərinə görə, Ermənistan bir neçə başqa təkliflə çıxış edib və “erməni kəsişməsi” layihəsinin tərkib hissəsi olan regional kommunikasiyaların açılmasında çox maraqlıdır. “Əlbəttə, layihənin şərq-qərb hissəsinin konkret marşrutu məsələsi mübahisəlidir, biz heç vaxt yalnız bir variantın mümkünlüyünü vurğulamamışıq və ən səmərəli marşrutu tapmaq lazımdır. Çünki layihənin funksionallığı və cəlbediciliyi, “Ermənistan kəsişməsi” layihəsi bundan asılıdır. Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi kommunikasiya məsələləri üzrə üçtərəfli işçi qrupunda biz müəyyən irəliləyiş görürük və eyni ruhda davam etməyə hazırıq”.

JAMAZ.İNFO xəbər verir ki, Qriqoryanın açıqlamasına erməni eskpertlər birmənalı yanaşmırlar. Məsələn, təhlükəsizlik eksperti Armen Manvelyan “Pastinfo”ya deyib ki, Azərbaycan strateji əhəmiyyətə malik olan Qarabağ ərazilərində fəal şəkildə yeni yollar və tunellər tikir. Onun sözlərinə görə, Azərbaycanın çəkdiyi yolların bir hissəsi Sünik rayonuna yaxınlaşır.

Mmanvelyan qeyd edib ki, Azərbaycanın məqsədi bəllidir: “Azərbaycanın məqsədi cənub bölgəsini Sünik vasitəsilə Naxçıvanla birləşdirmək və Türkiyə ilə yaxınlaşmaqdır. Onlar həm Meğri rayonundan, həm də Sisiandan Naxçıvana qoşulmaq üçün yolları hazırlayırlar. Qafana gedən yol da var. Yəni Azərbaycan Naxçıvanla bir neçə əlaqənin olmasını istəyir. Yol dağlıq olduğundan bölgələri birləşdirmək üçün çoxlu tunel və yollara ehtiyac var”.

Erməni eskpert hesab edir ki, Azərbaycan Kəlbəcəri də bir neçə yolla Zəngəlan və digər rayonlarla birləşdirmək istəyir. “Bu da onu göstərir ki, Azərbaycan tərəfi Laçın dəhlizinə də nəzarət etmək istəyir”.

O qeyd edir ki, bu, Azərbaycan və Türkiyənin müzakirə etdiyi Zəngəzur dəhlizi layihəsidir. “Bunlar onlar üçün Ermənistandan keçən Turan yoludur. Ermənistan bütün bunlara razılıq verib. Azərbaycan əmindir ki, gec-tez onların Ermənistan üzərindən Naxçıvana yolu olacaq . Ona da əmindirlər ki, bu yol ermənilərin deyil, onların nəzarətində olacaq. Yəni söhbət yoldan yox, dəhlizdən gedir. Əgər onların buna imanı olmasaydı, bu qədər böyük sərmayə yatırmazdılar. Tikinti üçün, yəqin ki, danışıqlar zamanı müxtəlif səviyyələrdə bir neçə dəfə zəmanət alıblar ki, o yol onların olacaq”.

Armen Manvelyan qeyd edir ki, Azərbaycanın çəkdiyi yollar nəticəsində Sünik mühasirəyə alınacaq. “Azərbaycan açıq-aydın Sünikin Ermənistanla əlaqəsini kəsmək istəyir. Dəhliz ideyası məhz belədir: Syuniki zəiflətmək, əhalisini boşaltmaq və sonra tam nəzarətə götürmək”.

Erməni eskpert hesab edir ki, İranın dini liderinin Ermənistanla sərhəddə heç bir dəyişikliyə yol verməməsi ilə bağlı bəyanatı da bununla bağlıdır. “İran təhlükə hiss edir. Ona görə də, müqavimət göstərməyə çalışır. Lakin bütün bunlardan yalnız rəsmi İrəvan narahat deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button