ManşetÖlkə içi

Armen Qriqoryan: “Məsələ həll olunana qədər sülhməramlılar Qarabağda qalmalıdır”

“Ermənistan tərəfi Rusiya sülhməramlılarının məsələ həll olunana qədər Qarabağda qalması üçün addımlar atır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə brifinqdə deyib.

O bildirib ki, nə qədər ki, məsələnin uzunmüddətli həlli yoxdur, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti zərurətdir. “Ermənistan Respublikası Qarabağda sülhməramlıların yerləşdirilməsini və biz problemi həll edənə qədər orada qalmasını təmin etmək üçün fəaliyyətini davam etdirəcək”.

Məsələnin həllindən danışan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, problem ATƏT-in Minsk qrupu formatında həll edilməlidir. “Sülh yolu ilə nizamlanmaya mane ola biləcək istənilən proses erməni tərəfini narahat edir. Həmsədrlərin hər hansı güc tətbiqinin qarşısını almaq üçün bütün rıçaqları var”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi delmitasiya və demarkasiya məsələsinə də toxunub. “Ermənistan sərhədin müəyyən edilməsi məsələsində Azərbaycana ilkin şərt irəli sürmür. Yalnız razılaşmaların icrasını gözləyir”.

O xatırladıb ki, 2021-ci ilin noyabrında Soçidə tərəflər razılaşıblar ki, sərhədin delimitasiyası (müəyyənləşdirilməsi) və demarkasiyası (işarələnməsi) prosesinə başlamazdan əvvəl təhlükəsizliyin yaxşılaşdırılması üçün tədbirlər görmək lazımdır. “Ermənistan bu şərtlərin yerinə yetirilməsini istəyir. Ermənistan və Azərbaycanın silahlı qüvvələri çox yaxın məsafədə yerləşdiyindən, istənilən siyasi proses onsuz da gərgin atmosferi daha da gərginləşdirə bilər. Ona görə də qoşunlar çıxarılmalı, sərhəddə sərhədçilər yerləşdirilməlidir. Bundan sonra delimitasiya prosesinə başlamaq olar”.

Onun sözlərinə görə, burada heç bir ilkin şərt yoxdur. “Lakin tərəflər arasında razılaşmalar var. Onlar həyata keçirilən zaman heç bir sual yarana bilməz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button