ManşetSiyasət

Armen Qriqoryan: “Müzakirələr üçün Bakı və Ankaraya gəlməyə hazırıq”

“Biz Ermənistan-Türkiyə münasibətlərini daha çox ikitərəfli formatda müzakirə edəcəyik. Lakin 3+3 formatında müzakirə etmək imkanı olarsa, Türkiyə ilə təmaslar üçün də bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini daha əlçatan və başa düşülən edəcəyik”. JAMAZ.İNFO xəbər verir ki, bunu Erməınistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İTV-yə müsahibəsində deyib.

Qriqoryan bildirib ki, əgər imkan yaranarsa,, Bakı və Ankaraya getməyə hazırdırlar. “Biz regional məsələlərlə bağlı müzakirələr aparmaq üçün Ankara və Bakıya getməyə hazırıq. Eyniylə, bu ölkələrin nümayəndələrini də qəbul etməyə hazırıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button