GündəmManşet

Armen Sarkisyan orduya göstəriş verdi: “Azərbaycan əsgərinə sərt cavab verin”

Ermənistan prezidenti Armen Sarkisyan bu gün Azərbaycanla sərhəddə baş verənlərlə bağlı açıqlama yayıb. JAMAZ.İNFO xəbər verir ki, Sarkisyan açıqlamasında Azərbaycanın guya, Ermənistanın sərhəddini pozduğunu, onların ərazisinə daxil olduğunu və “təxribat” törətdiyini deyib.

O açıqlamasında dövlət qurumlarına, habelə Ermənistan Müdafiə Nazirliyinə çağırış edərək, onlardan sərhəddəki “təxribat”lara bundan sonra dözümsüzlük göstərməmələrini, sərt şəkildə cavab verməmlərini tapşırıb. “Ermənistan ərazilərinə girmiş düşmənə sərt cavab verin. Bundan sonra təxribat törədən düşmənə kəskin cavab verin. Ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz”.

Qeyd edək ki, Ermənistan 44 günlük müharibədən sonra ordusunun əksər hissəsini itirib. İndi də Azərbaycan Ordusunun sərhədlərimizi bərpa etməsinə dözümsüzlük nümayiş etdirməklə yanaşı, təxribatdan da çəkinmir. Üstəlik, bizi günahkar çıxarmağa çalışır. Sarkisyanın çağırışı isə daha çox “keçinin əcəli çatanda, buynuzunu çobanın çomağına sürtər” atalar misalına bənzəyir. Buyursunlar, bu dəfə 44 gün çəkməyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button