ManşetÖlkə içi

Astara İcra Hakimiyyəti “Bİ” Festivalının keçirilməsinə icazə vermədi

Xəbər verildiyi kimi, Astaranın Hamoşam bələdiyyəsinin təşəbbüsü və bələdiyyəs sədri Rüfət Əliyevin də təşkilatçılığı ilə “Bi” Yaylaq Festivalının keçirilməsi qərara alınmışdı. JAMAZ.İNFO xəbər verir ki, festivalın məqsədi bölgənin tarixi-mədəniyyətinin təbliği, turizm potensialının təqdimatı, habelə digər xoş niyyətli tədbirin təşkili idi.

Qeyd edək ki, Hamoşam Bələdiyyəsi bununla bağlı bir sıra hazırlıqlar da görmüşdü və iyulun 16-da açılış tədbirinə hazırlaşmışdı. Lakin bu gün Astara İcra Hakimiyyəti həmin tədbirin keçirilməsinə icazə verməyib. İcra Hakimiyyəti bunun nə ilə əlaqədar olduğunu da izah etməyib. Görünür, tədbirin təşkili icra başçısı Qəzənfər Ağayevin xoşuna gəlməyib. Çünki həmin işdə təşkilatçılıqda onlar təmsil olunmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button