CəmiyyətManşet

AZƏRBAYCAN ƏSGƏRİ ERMƏNİLƏRİ və RUS HƏRBÇİLƏRİ KƏLBƏCƏRƏ BURAXMADI

Fevralın 7-də bir qrup erməni Kəlbəcər rayonunda yerləşən qədim Alban kilsəsi olan Didavanka getmək istəsə də, Azərbaycan Əsgəri onlara icazə verməyib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni mənbələri yazıblar.
Bekə ki, 30-a yaxın erməni rus sülhməramlılarının müşayəti ilə “ziyarət” adıyla Didavanka getmək istəməsinə Azərbaycan tərəfinun icazə verməməsi, əvvəlcə təəccübə səbəb olub. Rus sülhməramlıları məsələni aydınlaşdırmaq üçün danışıq apararaq, 10 noyabr bəyanatında buna icazə verildiyini, Moskva görüşündə razılığın qüvvədə qaldığını, habelə anlaşmanın dəyişmədiyini əsas gətiriblər. Lakin Azərbaycan Ordusunun nümayəndələri bildirib ki, belə bir “ziyarət” üçün onlara 3 gün əvvəl məlumat verilməli, “ziyarətçilərin” adları olan siyahı təqdim edilməliydi. Hərbçilərimiz onu da vurğulayıblar ki, bundan sonra komandanlığın icazə verməsi lazımdır. Və bunu belə əsaslandırıblar ki, rus sülhməramlıları kilsənin, Azərbaycan əsgəri isə ora gələn ermənilərin təhlükəsizliyini təmin edirlər. Belə vəziyyətdə isə Azərbaycan tərəfi Disavanka gələn ermənilərin və onları müşayət edən rus sülhməramlıların təhlükəsizliyinə təminat verə bilmir.
Yerli mətbuatın yazdığına görə, ruslar ikinci dəfə də danışığa cəhd ediblər. Lakin bu dəfə Azərbaycan hərbçiləri onlara ərazini dərhal tərk etmələri barədə xəbərdarlıq edib. Bundan sonra ermənilər və rus hərbçilər geri qayıtmalı olub.
Qeyd edək ki, bu hadisədən sonra erməni mətbuatı yenidən Ermənistanın baş naziri Nikol Paşinyanı ittiham etməyə başlayıblar. “Moskva görüşündə digər anlaşmalar da olub. Lakin Nikol onu ermənilərdən gizlədir. Paşinyan yenə bizi satdı”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button