İqtisadiyyatManşet

Azərbaycan 1 milyard, Ermənistan isə 200 milyon dollar xərcləyəcək: Dəmiryolu xəttinin tikintisinə

“Azərbaycanla dəmir yolunun hər iki hissəsinin tikintisi 1,2 milyard dollara başa gələcək”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.

O bildirib ki, ən böyük layihə Horadizə gedən yolun tikintisidir ki, bu da 1 milyard dollardan artıq vəsaitə başa gələ bilər. Kerobyan əlavə edib ki, digər böyük layihə Meqri hissəsində bərpadır. “Ola bilsin ki, təmir və bərpa ilə yanaşı, yeni dəmir yolunun tikintisi isə təxminən 200 milyon dollara başa gələcək. Yerasxdan İrana qədər olan hissənin tikintisinə çox az pul xərclənəcək. Söhbət bir neçə yüz metr dəmir yolunun təmirindən gedir”.

O, vurğulayıb ki, bütün dəmir yolu birdəfəyə istifadəyə verilməsi bir neçə ilə başa gələcək.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button