GündəmManşet

Azərbaycan-Ermənistan sərhəddi 1974-cü il xəritəsiylə müəyyən ediləcək?

Ermənistanda hakimiyyətdə olan “Mülki Müqavilə” Partiyası Azərbaycanla sərhəd məsələsi ilə bağlı planlarının bir qismini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı həmin partiyadan olan deputat Arman Yeqoyan danışıb.

O bildirib ki, onlar Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə əsalanmağı təklif ediblər. “Lakin Rusiya Baş Qərargahında bir çox xəritələr var. Rusiya onlarla birlikdə hərəkət etməyi təklif etdi”.

Yeqoyan deyib ki, onlara son olaraq Baş Qərargah tərəfindən təsdiq edilmiş, 1974-cü il tarixli xəritə təklif olunub. “Lakin bu da yekun sayılmadı. Çünki hələlik təsdiq edilməmiş bir sıra dəyişikliklər baş verib. Düzdür, dəyişikliklər zamanla baş verdi, lakin bu, bütün sərhədləri əhatə etmədi. Məsələn, Qaragöldə, Tavuşda kolxoz əraziləri səviyyəsində dəyişikliklər nəzərə alınıb”.

Onun sözlərinə görə, delimitasiya və demarkasiya fərq yarada biləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button