GündəmManşet

“Azərbaycan Kərkidə də Gömrük Postu quracaq”

Xəbər vedildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün parlamentin iclasında bildirib ki, o Azərbaycan tərəfinə Arazdəyən (Yerasx) kəndindəki mövqelərin qarşılıqlı olaraq geri çəkilməsini təkilf edib. JAMAZ.İNFO bildirir ki, Paşinyanın təklifi ondan ibarətdir ki, Azərbaycan və Ermənistan orduları tutduqları mövqelərdən çəkilsin və neytral ərazi yaransın, oranı isə sülhməramlılar qorusun.

Ermənistanda özünü “Azadlıq ordusu” təşkilatının üzvü kimi təqdim edən Artur Ayvazyan (Manax) bildirib ki, Paşinyanın geri çəkilməklə bağlı təklifi Kərki kəndinin əllərindən çıxması deməkdir. “Ondan soruşdularmı ki, Yerasxdan hara çəkiləcəyik? Ümumiyyətlə, Yerasxdan geri çəkiləcəyimiz təqdirdə nə baş verəcəyini bilən varmı? Anlamırlar ki, geri çəkilməyə yerimiz yoxdur. Qoşunlarımız Armaş balıq vətəgələrinə qədər çəkilsələr, nələr baş verəcəyini bilən varmı?”

O qeyd edib ki, əgər Azərbaycan Paşinyanın təklifini qəbul edərsə, bu, Kərki kəndinin Bakıya verilməsi deməkdir. “Çünki Azərbaycan Kərki kəndini geri qaytarmaq istəyir. Paşinyan ona görə, belə bir məsələni ortaya atıb ki, Kərki kəndini Azərbaycana versin. Nəticədə, Vorotanda olduğu kimi, Kərkidə də dövlətlərarası magistral yolun bir hissəsi Azərbaycanın nəzarətinə keçəcək. Azərbaycan Gorusdakı kimi, burada da polis postu quracaq”.

Xatırladaq ki, Naxçıvanın Kərki kəndi 90-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button