GündəmManşet

Azərbaycan Ordusu “Vardasar” dağında mövqe tutub- FOTO  

Ötən ilin may ayından etibarən Azərbaycan Ordusu dövlət sərhədlərimizi bərpa etmək məqsədi ilə bir sıra addımlar atıb. JAMAZ.İNFO xəbər verir ki, həmin vaxt Ordu bölmələrimiz Laçın, Kəlbəcər və Qubadlı rayonları istiqamətində Ermənistanla sərhəddə çıxaraq, orada mövqe qurmuşdular. Hazırda da əsgərlərimiz həmin mövqelərdə xidmətlərinə davam edirlər.

Qeyd edək ki, Ermənistan tərəfi bir ildir guya, Azərbaycanın onların ərazisini “işğal” etdiyini iddia edir və əsassız yerə hay-küy salırlar. Hətta bir müddət əvvən bu ölkənin baş naziri Nikol Paşinyan iddia etmişdi ki, guya, Azərbaycan Ermənistanın 41 kv.km ərazisini “işğal” edib. Hərçənd Azərbaycan heç bir ölkənin, o cümlədən Ermənistanın ərazilərində gözü yoxdur və İrəvanın bu hərəkətləri də ənənəvi erməni xəstəliyindən qaynaqlanır.

Bildirək ki, bu gün Ermənistan Müdafiə Nazirliyi “Sputnik Ermənistan” xəbər agentliyinin sorğusuna cavab olaraq açıqlama yayıb ki, Azərbaycan Ordusunun bölmələri “Vardasar” dağı (bu dağın Azərbaycanca necə adlandırıldığı barədə dəqiq məlumat əldə edə bilmədik-red.) bölgəsində hələ ötən ilin may ayından yerləşib.

Erməni mətbuatı buna istinadən qeyd edirlər ki, hələ ötən ilin mayın əvvəlində Azərbaycan Ordusu Tsav və Nerkin Hand kəndlərinin cənubundakı yüksəkliklərdə mövqe tutublar. “Mayın 10-dan etibarən isə Azərbaycan tərəfi həmin mövqelərində mühəndis isşləri həyata keçirməyə başlayıb. Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib”.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı hər hansı cavab verməyib. Lakin məlum olan odur ki, Azərbaycan Ordusu heç bir ölkənin ərazisinə müdaxilə etməyib, həmin ərazilərdə yerləşib ki, onlar dövlətimizin torpaqlarıdır. Ermənilərin də hay-küy salmaları özlərini “məzlum” göstərmək cəhdindən başqa bir şey deyil. Onların özləri işğalçı olduqları halda, hamını eyni gözdə görürlər. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button