GündəmManşet

Azərbaycan Türkiyə ilə quru sərhəddi bağladı: İğdır valisi heç nə başa düşmədiyini deyir

Azərbaycanla Türkiyə arasında quru sərhədlərin bağlanması barədə qərar verilib. JAMAZ.İNFO bildirir ki, Naxçıvan-Türkiyə sərhəddinin bağlanması xəbərini isə İğdır bölgəsinin valisi Hüseyn Engin Sarıibrahim verib.

Vali deyib ki, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 01 iyul-01 sentyabr aralığında Naxçıvanla Türkiyə quru sərhəddinin bağlanıb. Onun sözlərinə görə, vətəndaşlar Türkiyə ərazisinə yalnız Bakı və Naxçıvandan hava yolu ilə daxil ola bilər. “Yük maşınları və iri həcmli avtomobillərin giriş-çıxışında da problem yoxdur. Avtobus və avtomobillə giriş isə qapadılıb”.

Sarıibrahim qeyd edib ki, Azərbaycan tərəfinin niyə belə qərar verdiyini anlamır. “Nazirliyi və müvafiq dövlət qurumlarına bu barədə məlumat vermişik. Hazırda gömrüyə gedirəm. Sərhəddə protokol hazırlanacaq və məsələnin nədən ibarət olduğunu o zaman anlayacağıq”.

“Yaşıl İğdır” qəzetinin rəhbəri Cabbar Sıktaş qeyd edib ki, onlarda olan məlumata görə, Azərbaycanın qərarında Rusiyada Covid-19-un yeni versiyasının yayıla biləcəyi ehtimalı əsas kimi göstərilib. “Yalnız hava yolu ilə Türkiyə ərazisinə daxil olmaq mümkünləşəcək”.

Baş redaktor qeyd edib ki, bu qərar İğdırda yaşayışa mənfi təsir edəcək. Onun sözlərinə görə, gündəlik tələbə keçidləri, sərnişin daşımaları,ticarət əlaqələri ciddi problrmlə üzləşəcək. Bildiyiniz kimi, türk lirəsi manat qarşısında ucuzdur. Hazırda 1 manat 10 TL dəyərindədir. Bu səbəbdən də Naxçıvan əhalisi gündəlik güzəranlarını, əsas ehtiyaclarını İğdırdan aldıqları hesabına təmin edə bilirdilər. Bu, həm Naxçıvan xalqı, həm də İğdır əsnafı üçün ciddi sıxıntıya səbəb olacaq. Sərhəddin pandemiya səbəbindən təkrar bağlanması və açılış tarixi olaraq 1 sentyabr göstərilsə də, bununla bağlı müzakirələr aparılacaq”.

“Yaşıl İğdır”ın rəhbəri onu da deyib ki, Azərbaycan Nazirlər Kabinetinin qərarı aşağı gəlirli azərbaycanlıların probleminə səbəb olacaq. “Hava yolu ilə hamı gedib, gələ bilməz. Hazırda İstanbul-Bakı aviabiletinin birtəfəli qiyməti 500 dollardır. Bu məbləği hamı verə bilməz”.
P.S. Azərbaycan Nazirlər Kabineti özünə əziyyət verərək, bu barədə açıqlama belə yaymayıb. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button