AraşdırmaManşet

Ermənilər iddia edir: Bakının Qarabağla bağlı 3 əsas tələbi var

Məlum olduğu kimi, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi, tərəflər arasında saziş imzalanacağı barədə xəbər yayılıb. JAMAZ.İNFO xəbər verir ki, məsələ hər iki ölkədə geniş müzakirə olunsa da, rəsmilər bu barədə hər hansı açıqlama verməyib.

Bu əsnada, Ermənistanda Azərbaycanla bağlanacaq sazişlə bağlı yeni məlumatlar gündəmə gətirilib. JAMAZ.İNFO xəbər verir ki, həmin məlumatları əsasən müxalifət düşərgəsi səsləndirir. Bu gün onlardan daha biri dövriyyəyə buraxılıb.

Həmin məlumatda iddia olunur ki, Azərbaycan imzalanacaq sazişdə 3 maddənin salınmasını israr edir. Birinci maddədə Qarabağda bir nəfər də olsun erməni əsgərinin qalmaması tələbi var. “Birinci maddədə, Qarabağda istər yerli, istərsə də Ermənistana aid bir silahlı şəxs də qalmamalıdır. Azərbaycan bəyan edir ki, Qarabağ onun ərazisidir, həmin bölgədə təhlükəsizliyi təmin edəcək yetərli qədər Azərbaycan əsgəri və Azərbaycanın razılığı əsasında yerləşmiş rus sülhməramlıları var. Ona görə də, nə Ermənistan, nə də Qarabağa aid ordu ərazidə ola bilməz”.

Erməni tərəfi iddia edir ki, ikinci maddə kimi isə Ermənistandan Qarabağa gedənlərlə bağlıdır. “Azərbaycan tələb edir ki, Ermənistan rəsmiləri Xankəndinə gedərkən bu barədə Bakıya məlumat verməli, razılaşdırmalı və icazə almalıdır”.

JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfinin iddiasına görə, Azərbaycan üçüncü maddə olaraq ərazinin idarəetməsini əsas götürüb. “Azərbaycanın tələbinə əsasən Xankəndidə hər hansı idarəetmə orqanına təyinat özbaşına aparıla bilməz. Bunun üçün Azərbaycanın və rus sülhməramlıların razılığı alınmalı və razılaşdırılmalıdır. Seçkilər də həmçinin”.

Həmin məlumatın maraqlı tərəfləri də var. Erməni tərəfi iddia edir ki, əgər Ermənistan Azərbaycanın bu və bilinməyən daha bir neçə tələbini yerinə yetirməsə, rəsmi Bakı rus sülhməramlılarının Qarabağdan çıxarılmasını tələb edəcək. “Bu, o deməkdir ki, rus sülhməramlılarını Azərbaycan dəvət etdiyi kimi, Qarabağdan da çıxaracaq. Nəticədə, yeni müharibə qaçılmaza çevriləcək”.

Onu da bildirək ki, erməni tərəfi Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvada görüşünün yanvarın 11-də keçiriləcəyini desələr də, sazişin həmin görüşdə imzalanmayacağını vurğulayırlar. Onlar bildirir ki, saziş başqa vaxt keçiriləcək görüşdə müzakirə olunub, imzalanacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button