ManşetSiyasət

Qarabağdakı erməni “ordusu” ləğv edilir: Arayik çarəsiz qaldığını deyib

“Mən Xankəndidə Arayik Harutyunyanla söhbət etdim. Mənə dedi ki, Qarabağdakı özünümüdafiə ordusu ləğv ediləcək. Səbəbini soruşdum, cavabı bu oldu ki, Azərbaycan tələb edir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri QHT rəhbəri Aşot Harutyunyan Ermənistan parlamentində keçirilən dinləmələrdə bəyan edib.

O bildirib ki, Arayik Harutyunyan prosesə hazırlaşdıqlarını, başqa çıxış yollarının qalmadığını da deyib. “O bildirdi ki, 10 noyabrda imzalanmış razılaşmada da bu məsələ nəzərdə tutulub. Həmin razılaşmaya əsasən Qarabağdakı silahlı dəstələr tərksilah edilməlidir”.

Qeyd edək ki, Xankəndidəki separatçıların nümayəndəsi isə bildirib ki, bu barədə deyilənlər yalandır. “Qarabağın Özünü Müfdafiə ordusunun ləğv edilməsi xəbəri yalandır. Hazırda bizim təhlükəsizliyimizin təminatı məhz bu ordudur”.

Lakin gedişat göstərir ki, Qarabağdakı qanunsuz ermənin silahlı dəstələrinin tərksilah edilməsi qaçılmazdır. Həm imzalanmış razılaşmada bu nəzərdə tutulub, həm də Azərbaycan 4-cü maddənin reallaşdırılmasını israrla tələb edir. Üstəlik, Qarabağdakı terrorçuların vaxtaşırı Azərbaycan Ordusuna qarşı təxribatlar törətməsi də, rəsmi Bakının qəzəbinə səbəb olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button