AraşdırmaManşet

Azərbaycanlı iş adamı Manhettendə 5.5 milyon dollara üç mənzil aldı (FOTO)

Azərbaycanlı iş adamı Manhettendə iki binadan üç mənzil alıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. O, iş adamının adını açıqlamasa da, mənzillərin dəyərinin 5.5 milyon dollar olduğunu qeyd edib.
Həmin binaların fotosunu təqdim edirik:
Qeyd edək ki, Manhetten ABŞ-ın Nyu-York şəhərinin 5 əsas bölgəsindən biridir, şəhərin mədəniyyət və ticarət mərkəzi sayılır. Burada bir çox məşhur muzeylər, universitetlər və turizm zonaları var. Bundan əlavə Birləşmiş Millətlər Təşkilatının baş qərargahı da Manhettendə yerləşir.
Manhetten ABŞ-da iş yerlərinin sayına görə birinci yerdə durur. Nyu-York birjası və NASDAQ məhz buradadır. Manhetten adına ilk dəfə Robert Juetin səyahət dəftərində rast gəlinir. 1610-cı ilə aid bir xəritə də Manhettenin adı qeyd olunur. Manhetten lenap dilində “bir çox təpədən ibarət olan ada” mənasını verir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button