GündəmManşet

“Azərbaycanlılar asanlıqla Ermənistana gəlirlər, hər gün hava limanında onları görmək mümkündür”

Ermənistanda son günlər müzakirə olunan əsas məsələ Azərbaycan vətəndaşlarının bu ölkəyə gəlişi və oradan da Naxçıvana keçmələrinin necə təmin olunacağı ilə bağlıdır. JAMAZ.İNFO xəbər verir ki, son iki gündə demək olar bütün erməni mətbuatı bununla bağlı yerli ekspertlərin fikirlərini öyrənirlər.

Qeyd edək ki, Ermənistan tərəfi dünən ölkəyə son 7 ayda gələn turistlərin sayını açıqlayarkən, onların arasında 3 azərbaycanlının olduğunu da bildirib. Lakin həmin azərbaycanlıların kim olması barədə məlumat verməyib. Hərçənd Bakıda da bununla bağlı qısa araşdırma aparılıb. Mövqe budur ki, ermənilərin dedikləri 3 azərbaycanlıdan ikisi deputat, biri isə idmançıdır. Onlar da İrəvana beynəlxalq tədbir və yarış xətti ilə gediblər.

Lakin “Hraparak”a danışan ekspert Armine Adibekyan iddia edir ki, Ermənistana azərbaycanlıların gəlməsi hazırda problem deyil. Hətta bu proses başlayıb. “Bir neçə gün əvvəl Zvartnots hava limanında dostum azərbaycanlı ilə rastlaşdı. O, azərbaycanlı olduğunu belə gizlətmirdi. Çox təmkinlə dedi: “Mən azərbaycanlıyam, Ermənistana gəlmişəm”. Bizneslə məşğul olduğunu da söylədi. Onu çox sakitcə Ermənistanda buraxdılar. Adam taksi sifariş edib öz işinə getdi. Azərbaycanlılar Ermənistana Vorotan və Şurnuxdan girməyəcəklər, hava limanından girəcəklər”.

Adibekyan onu da iddia edib ki, hər gün İrəvan hava limanı vasitəsi ilə Ermənistana onlarla azərbaycanlı gəlir. “Onlara nə toxunan var, nə də söz deyən. Bir də Ermənistanda erməni adı götürmüş türklər də yaşayır. Sabah gələnlərlə yerdə olanların birləşəcəyinə də kimsə zəmanət vermir”.

Qeyd edək ki, erməni ekspertin dedikləri həqiqətə oxşamır. Yəni, hal hazırda Azərbaycan vətəndaşının Ermənistana belə rahatlıqla səfər etməsi inandırıcı deyil. Güman ki, Adibekyan Rusiya və Gürcüstanda, habelə başqa dövlətlərdə yaşayan, həmin ölkələrin vətəndaşları olan azərbaycanlıları nəzərdə tutur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button