CəmiyyətManşet

Bakı ermənilərə Njdenin heykəlini sökmək üçün mayın 9-na kimi vaxt verib?

Xəbər verdiyimiz kimi, ermənilır Xocavənd rayonunda 26 sentyabr 2020-ci ildə inşa etdikləri faşist ordusunun komandirlərindən biri, əli Azərbaycan xalqının qanına batmış “qəhrəmanları” Qaragen Njdenin heykəlini sökməkdən imtina ediblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə açıqlama verən Qarabağdakı erməni terrorçularının nümayəndəsi Lusina Avanesyan bildirib ki, Njdenin heykəlinin sökülməsi ilə bağlı yayılan xəbərlər yalandır.

Onun sözlərinə görə, heykəl yerindədir və ona toxunulmayıb: “Heykəlin taleyinə yalnız Xocavənd əhalisi qərar verə bilər”.

Meydan TV-nin əməkdaşı, tanınmış blogger Həbib Müntəzir isə özünün Teleqram-kanalında bildirib ki, Njdenin heykəlini bərpa edən bir qrup erməni heykəlin üzərinə: “Heykəli aparan adam vurulacaq” yazılı kağız qoyublar.

Müntəzir Ermənistan mediasına istinadən qeyd edib ki, Azərbaycan tərəfi heykəlin götürülməsinə 9 maya qədər vaxt verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button