ManşetSosial

Bakı məktəblərindən birində “Georgi lent”li tədbir: Aparat rəhbərinin həyat yoldaşı niyə göz yumub? – FOTO

Bu gün 164 nömrəli orta məktəbdə şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılaraq 9 may tədbiri keçirilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı Meydan TV-nin əməkdaşı Həbib Müntəzir yayıb.

O bildirib ki, məktəbin direktoru Kəmalə Ənvər qızı Qədirovadır. “O, həmçinin İlham Əliyev tərəfindən “Tərəqqi” medalı almış, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun həyat yoldaşıdır”.

Həbib Müntəzir xatırladıb ki, məktəb 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə  “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub.

Bildirək ki, “Georgi lenti” bugünkü gündə Rusiyanın imperiya simvollarından biri hesab edilir. Təhsil Nazirliyinin bununla bağlı hansısa tədbir görüb, görməyəcəyi isə məlum deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button