ManşetSiyasət

Bakı və Moskva “Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında” Bəyannaməni imzaladı: 40 bəndlik sənəd

Azərbaycanla Rusiya  40 bənddən ibarət  “Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında” Bəyannaməni imzalayıblar.

Rusiyanın prezidenti Vladimir Putin deyib ki, sənəd “ikitərəfli münasibətlərimizdə əlamətdar hadisəyə – diplomatik münasibətlərin qurulmasının 30 illiyinə” həsr olunub. O, bəyannamənin imzalanmasını Rusiya-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ adlandırıb. “Bəyannamə kifayət qədər genişdir. O, 40-dan çox bənddən ibarətdir və qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir. Bu sənəd ikitərəfli münasibətlərimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək”. Azərbaycan Prezidenti onu da qeyd edib ki, sənəd iki ölkə, onların qarşılıqlı fəaliyyəti, eləcə də regional təhlükəsizlik üçün “çox müsbət məna daşıyacaq”.

Xatıərladaq ki, Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. Rusiyanın Bakıdakı səfirliyi rəsmi olaraq 1992-ci il sentyabrın 25-də öz funksiyalarını yerinə yetirməyə başlayıb.

Əsas ikitərəfli sənədlər Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 3 iyul 1997-ci il tarixli Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə və 3 iyul 2008-ci il tarixli Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Dostluq və Strateji Tərəfdaşlıq Bəyannaməsidir. Ölkələr arasında 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button