ManşetSosial

Bakıda aksiya: Etiraz etdikləri məmurların adını maşınlara yazdılar- VİDEO

Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb. Sürücülər gecədən etibarən maşınlarını yolda saxlayıblar. Onlar yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər. 
Belə ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin.  Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”
Xatırladaq ki, səhər saatlarından bu səbəbdən Heydər Əliyev prospektində böyük tıxac yaranıb, bir neçə saat sonra yolu açmaq mümkün olub.
Bakının Heydər Əliyev prospektində yük maşınlarının bağladığı yollar açılıb. Bu barədə Qaynarinfo-ya Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, DYP tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib, yollar açılıb, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button