ManşetSosial

Bakıda etiraz aksiyası keçirən sürücülərdən biri həbs olundu: 15 sutka

Bu gün Bakıda yolu bağlayaraq, etiraz edən sürücülərdən biri inzibati qaydada həbs olunub. JAMAZ.İNFO xəbər verir ki, Rəqəmsal Texnologiya və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Anar Rzayev və şöbə müdiri Malik Əliyevin hərəkətlərinə etiraz edən sürücülərdən biri Rəmiş Cəfərov 15 sutkalığına həbs edilib.

İnzibati qaydada həbsə səbəb kimi, onun nəqliyyat yolunu uzun müddət bağlaması və hərəkətin iflic olmasına səbəb olması götsərilib.

Xatırladaq ki, bu gün səhər saatlarında bir qrup TIR sürücüsü Heydər Əliyev prospektini bağlayaraq, etiraz aksiyası keçiriblər. Onlar idarə etdikləri maşınları yolun ortasında saxlayıb, hərəkəti dayandırıblar. Etirazlarına səbəb isə xaricə yük daşımaq üçün sürücülərə verilməli olan “İcazə vərəqi”nin onlara verilməməsi olub. Sürücülər maşının üzərinə bu şikayətlərini də yazıblar: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin.  Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button