ManşetSosial

Bakının mərkəzində gecə klubunda güclü partlayış: 1 ölü, 37 yaralı

Gecə saat saat 03:00 radələrində Bakının mərkəzində yerləşən “Location” gecə klubunda yanğınla nəticələnən güclü partlayış baş verib. JAMAZ.İNFO xəbər verir ki, hadisə ilə bağlı FHN açıqlama verib.

Həmin açıqlamada deyilir: “Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.

Obyekt daxilində axtarış-xilasetmə tədbirləri aparılıb.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerində olub”.

“Azəriqaz”dan verilən məlumata görə isə partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qaynarinfo-nun məlumatına görə, partlayışda yaralananlar arasında dəbdəbəli toyu ilə gündəmə gələn bloger Aysel Şükürova da var. Hazırda xəstəxanada olan blogerin vəziyyəti ilə bağlı keçmiş həyat yoldaşı Oqtay Əhmədov məlumat yayıb. O, “Instagram”da status paylaşaraq bunları yazıb: “İndi Ayselin yanındayam. Narahat olmayın, hər şey yaxşıdır”.

Qeyd edək ki, klubda sosial şəbəkələrdə paylaşdığı videolarla populyarlaşan Aysel Şükürün yaxın dostu Raulun ad günü məclisinin keçirildiyi iddia edilir. Dostunun doğum günü üçün məkana gələn Ayselin vəziyyəti ağırdır. Bu barədə Raul instaqramda açıqlama verib. Ayağından yaralanan gənc Şükürovanın vəziyyətinin qənaətbəxş olmadığını bildirib.

ARAYIŞ:

23 Fevral, 2022- Klubun səhifəsi “Tezliklə! Şəhərə səs salmağa gəlirik” anonsu ilə sosial şəbəkələrdə fəaliyyət göstərməyə başlayıb. Mart ayının ortalarından klub işləməyə başlayıb.

Aprelin 2-dən 3-nə keçən gecə, saat 3 radələrində klubda partlayış olub. İlkin məlumatlarda qaz sızması səbəbi göstərilir.

Daha sonra klubun instaqram səhifəsində postlar tamamilə silinib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button