İqtisadiyyatManşet

Banklarda dollar satışı dayandırıldı: Mərkəzi Bank təlimat verib  

Bu gündən etibarən ölkə üzrə bütün banklarda dolların satışı prosesi dayandırılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə banklara göstəriş Mərkəzi Bankdan gəlib.

Banklardan satışın dayandırlması səbəbini bilmədikləri deyiblər. Qeyd ediblər ki, Mərkəz Bank dollar satışı ilə bağlı portalı bağlayıb və satışın dayandırılması barədə təlimat verib.

Maraqlı məqam odur ki, hətta xaricdən vətəndaşlara valyuta ilə göndərilmiş pulların verilməsi prosesi də dayandılıb. Bu pulların Azərbaycan manatı şəklində verilməsi həyata keçirilsə də, pul sahiblərinin əksəriyyəti həmin şəkildə qəbul etmədən imtina ediblər. Onlar göndərilən pulun valyuta ilə ödənilməsini tələb ediblər. Amma banklar onların tələblərini yerinə yetirə bilməyəcəyini bildiriblər.

Qeyd edək ki, Mərkəzi Bankın belə bir təlimat verməsi, yəni, dollar satışını dayandırmasının konkret səbəbləri məlum deyil. Bununla bağlı, bir neçə ehtimal var. Birinci ehtimal odur ki, il sonu ilə əlaqədar xaricə gedənlərin çoxluq təşkil etməsi və bu səbəbdən də dollar və ya başqa xarici valyuta almalarıdır. Ki, hökumət indiki vəziyyətdə prosesi məqbul hesab etməyərək, dollar satışını dayandırıb.

İkinci ehtimal, ölkədə dollar qıtlığının yaranmasıdır. Hərçənd bunun üçün dərin zəminlərin olduğu bir qədər inandırıcı gəlmir. Çünki istər Neft Fondu, istərsə də Mərkəzi Bankın xarici valyuta rezervi kifayət qədərdir. Üstəlik, ölkəyə dollar gətirən əsas faktor nefdir ki, onun da qiyməti 77 dollardan aşağı deyil. Yəni, bu məbləğ dollar qıtlığının yaranmaması üçün kifayət edir.

Üçüncü ehtimal isə devalivasiyaya hazırlıqla bağlı ola bilər. Bir xeyli müddətdir ölkədə manatın dəyərdən düşəcəyi barədə rəylər dolaşsa da, Mərkəzi Bank bunu təkzib etmişdi. Lakin gedişat, sürətli bahalaşma, eyni zamanda, əmək haqqı və təqaüdləri artırılması, habelə digər faktorlar bunun qaçılmaz olduğunu deməyə əsas verir. Görünür, hökumət devalivasiya prosesinə yeni ilin əvvəlindən start verəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button